Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-28,
Seanews
Heyder Eliyev

ZGTTZ-də yanğın təhlükəsizliyi üzrə təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) yanğın təhlükəsizliyi üzrə praktiki təlim keçirilib.

2026-cı ilin yanğına qarşı profilaktik tədbirlər planına əsasən təşkil edilən təlimin məqsədi zavod əməkdaşlarının yanğın təhlükəsizliyi ilə bağlı nəzəri və praktiki biliklərinin yoxlanılması olub.

ZGTTZ-nin müvafiq qrupunun mütəxəssisləri yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması və davranış qaydaları barədə geniş məlumat veriblər. Əməkdaşlar ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında da təlimatlandırılıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır