Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dənizçi-xanəndə: Xəzər dənizçiləri hər zaman lider olub - VİDEO

İlqar Əhmədov bir dənizçi və dənizçi xanəndə kimi çoxlarına tanışdır. Oxuduğu muğamlarla sosial şəbəkələrdə dəfələrlə böyük marağa səbəb olub.

O, əmək fəaliyyətinə 1994-cü ildə Xəzər Dəniz Neft Donanmasının “Samur” gəmisində başlayıb. Daha sonra bir çox gəmilərdə müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Caspian Marine Services şirkətinə aid gəmilərdə kapitan kimi işləyib. Xarici sularda üzmək arzusunu gerçəkləşdirmək üçün isə 2013-cü ildə Tailanda gedib. Hazırda Birləşmiş Ərəb Əmirliklərindədir.

İlqar Əhmədov “Seanews.az”-a müsahibə verib. Həmin müsabihəni təqdim edirik.

İlqar müəllim, dənizçilər hər zaman həmrəyliyi ilə seçiliblər. Bəs, koronavirusun geniş yayıldığı hazırkı vəziyyətdə Azərbaycan dənizçilərinin həmrəyliyi uzaq sahillərdən necə görünür?

- Mən bütün dünyanı gəzmişəm. Tam səmimiyyətimlə deyə bilərəm ki, Xəzər dənizçiləri həm peşəkarlığına, həm savadına, həm işgüzarlığına, həm də etibarına görə lider olublar. Doğrudan da, biz Azərbaycan dənizçiləri daim irəlidəyik. Bu gün xarici sularda çalışsam da, dənizçilərimizin hazırkı şəraitdə göstərdikləri birlik, cəsarət, əzmkarlıq və fədakarlıq məni çox qürurlandırır.

Bir çox sahələrdə fəaliyyət dayandırılıb. Amma dənizçilər yorulmadan öz işlərini davam etdirirlər. Bu, doğrudan da, fədakarlıqdır.

- Dənizçilər hər zaman dövlətçiliyə bağlı olublar. Onlar nəinki bir-birlərinə həm də vətənə çox sadiqdirlər. Belə də davam etsinlər, möhkəm olsunlar, rəhbərlərinin ətrafında sıx birləşsinlər, tövsiyələrə əməl etsinlər. İnanıram ki, onlar bu əziyyətlərinin bəhrəsini görəcəklər. Bugün çəkdikləri əziyyət sabahın zəmanətidir.

Hazırda bəzi dənizçilər sahildə növbələrini təhvil alacağı günü gözləyirlər. Onlara nə demək istəyərsiniz?

- Hər birinə səbr arzulayıram. Bu, müvəqqəti çətinlikdir. Anlamalıyıq ki, qlobal vəziyyətdir və biz elə etməliyik ki, üzüağ çıxaq. Bunun üçün Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə dəstək olmalıyıq. Dünyada da belədir. Dənizçilərin növbə dəyişmələri bir müddətlik təxirə salınıb. Əminliklə deyirəm, bizim yerli gəmiçilik şirkətlərimiz istər idarəçilik, istərsə də təhlükəsizlik baxımdan beynəlxalq şirkətlərdən geri qalmır.

Siz hazırda hansı ölkədəsiniz və özünüzü necə qoruyursunuz?

- Mən indi Birləşmiş Ərəb Əmirliklərindəyəm. Hələlik sahildəyəm, bizi hotelə yerləşdiriblər. İstənilən vaxt şirkət tərəfindən gəmiyə göndərilə bilərəm. Burada xüsusi qaydalar var. Qaydalara çox ciddi əməl edirəm. Xarici şirkətdə çalışsam da, mən ilk növbədə dövlətimizi, Azərbaycan dənizçilərini təmsil edirəm. Çalışıram ki, vətənimizin nüfuzuna xələl gətirməyim.

Sizi daha çox xanəndə dənizçi kimi tanıyırlar. Bu o deməkdir ki, siz həm də xaricdə milli musiqimizin təbliğatçısısınız. Maraqlıdır, bizim mahnılar əcnəbi dənizçilərdə necə təəssürat yaradır?

- Mahnılarımızı eşidənlər sözün əsl mənasında heyran qalırlar, muğamlarımıza çox təəccüblənirlər. Həmişə deyirlər ki, bu necə musiqidir axı, insanı çox uzaqlara aparır? Ona görə də məndən tez-tez mahnı oxumağımı istəyirlər.
Nə vaxtsa dənizçilikdən tamamilə uzaqlaşıb, xanəndəlik etmək istəmisiniz?

- Yox, çünki mən çörəyimi dənizdən tapmışam. Heç vaxt bunu itirmərəm. Dənizə də, dənizçiliyə də daim sadiq qalacam


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır