Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“Əlləri qızıl olan” üçüncü mexanikin yüksək insani keyfiyyətlərindən də razıdırlar, işindən də

Tələbə, magistrant, tyutor, karyera üzrə mütəxəssis və 3-cü mexanik.

Bu, ömrünün 44-cü ilini yaşayan və həmişə axtarışda olan bir insanın 7 il ərzində məharətlə keçdiyi mərhələlərdir.

İlya Korablyov ilk ali təhsilini Azərbaycan Texniki Universitetində alıb. Sonra  gəmiləri hərəkətə gətirən xüsusi energetik qurğuların iş prinsipinə marağı ona üstün gəlib. “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına yiyələnmək üçün 2014-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olur.

2018-ci ildə bakalavriat, 2020-ci ildə magistratura pilləsini bitirir.

ADDA-da ikinci təhsil aldığı illərdə “Gəmi sürücülüyü” fakültəsində həm də tyutor  işləyir. 2019-cu ildən isə təcrübə və karyera üzrə mütəxəssis kimi çiyninə düşən vəzifəni layiqincə yerinə yetirir.

İlya Korablyovun ən böyük arzusu ADDA-da aldığı biliyi gələcəyin dənizçilərinə aşılamaqdır. Amma müqəddəs hesab etdiyi bu işə - müəllimlik fəaliyyətinə başlamazdan əvvəl nəzəri biliyini dalğalar qoynunda qazanacağı təcrübə ilə möhkəmləndirməyin daha səmərəli olacağını düşünür.

Bu istəklə də ASCO rəhbərliyinə ünvanladığı  məktubda onu donanmaların birinə üzən heyətə keçirməyi xahiş edir. Xahişi müsbət cavablandırılır və İlya ADDA-dan Xəzər Dəniz Neft Donanmasına keçirilir.

Hal-hazırda İlya Korablyov XDND-nin “Neftqaz-64” gəmisində 3-cü mexanik kimi səfərlərə çıxır. Akademiyada olduğu kimi, sular qoynunda da vicdanla çalışır, vəzifə borcunu layiqincə yerinə yetirir. Xüsusi ilə gəminin maşın komandasının üzvləri “əlləri qızıl olan” üçüncü mexanikin yüksək insani keyfiyyətlərindən də razıdırlar, işindən də. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır