Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Millət vəkili: "Kəlbəcər" tankerinin istifadəyə verilməsi kəlbəcərlilər tərəfindən böyük qürur və fəxr hissi ilə qarşılanıb

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerinin istismara verilməsi mərasimində iştirak edib. Tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında bildirib ki, yeni istismara verilən neftdaşıyan tankerə "Kəlbəcər" adının verilməsi xalq tərəfindən böyük sevinclə qarşılanıb: "Bu tankerin tikintisinə 2 il əvvəl, hələ Kəlbəcər rayonu işğal altında olanda başlanıb. Cənab Prezidentin təşəbbüsü ilə "Kəlbəcər" adlandırılıb. Bu ölkə rəhbərinin həm uzaqgörənliyi, həm də işğal altında olan torpaqlarımıza, onun əhalisinə olan münasibətinin nümunəsidir".

Millət vəkilinin sözlərinə görə, "Kəlbəcər" tankerinin istifadəyə verilməsi kəlbəcərlilər tərəfindən böyük qürur və fəxr hissi ilə qarşılanıb: "Deyə bilərəm ki, bu hadisə Kəlbəcərin işğaldan azad olunması ilə bağlı camaatımıza ən böyük hədiyyə oldu. Bu diqqətə görə Kəlbəcər sakinləri adından Cənab Prezidentə dərin təşəkkürlərimi bildirmək istəyirəm".

turkustan.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır