Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Cənubi Koreya gəmi sifarişlərinə görə Çini arxada qoyub

Cənubi Koreya fevral ayında gəmi sifarişlərinə görə dünyada birinci olub.

Beləliklə, Cənubi Koreya bu göstərici üzrə Çini arxada qoyub.

Britaniyanın “Clarkson Research” agentliyinin məlumatına görə, fevral ayında dünya üzrə 58 gəminin tikintisi üçün sifarişlər verilib.

LNG tankerləri üçün sifarişlərin dəyəri 250 milyon dollara, supertankerlər üçün 120 milyon dollara, böyük konteyner gəmiləri üçün isə 215 milyon dollara çatıb.

Bundan əvvəl Cənubi Koreyada gəmiqayırma sənayesində əcnəbi işçilərin sayının artdığını yazmışdıq. Xüsusilə Vyetnamdan gələn işçilərin sayında artım müşahidə olunurdu.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır