Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

BMT tanker alır

Birləşmiş Millətlər Təşkilatı (BMT) “Euronav”-dan 55 milyon dollara iri tanker alıb.

BMT-nin saytında verilən məlumata görə, bu gəmidən “Safer” tankerindən boşaldılacaq nefti saxlamaq üçün istifadə olunacaq.

150 min ton neft daşıyan "Safer" tankeri 2021-ci ildə Yəmən sahillərində Qırmızı dənizdə saya oturub. Mütəxəssislər ehtiyat edirlər ki, gəminin texniki vəziyyətinin getdikcə pisləşməsi onun dağılmasına və ekoloji fəlakətə səbəb ola bilər, miqyası 1989-cu ildə Alyaska sahillərində “Exxon Valdez” tankerinin fəlakətindən dörd dəfə böyük olacaq. O vaxt 35 min ton neft dənizə töküldü.

BMT qeyd edir ki, Yəməndəki siyasi vəziyyətə görə, dünyada heç bir şirkət nə pulsuz, nə də icarəyə tanker vermir. Xilasetmə əməliyyatı ümumilikdə 20 milyard dollar dəyərində qiymətləndirilir.

Hazırda BMT ilkin əməliyyatlar və tankerin “Euronav”-dan alınmasını maliyyələşdirmək üçün 129 milyon dollar axtarır. "Bir il əvvəl gəmi bu məbləğdən 10-15 milyon dollar ucuz ola bilərdi, lakin geosiyasi vəziyyət fonunda bazar bahalaşır", - “Reutres” yazır.

Bəzi hökumətlər vəd etdikləri 95 milyon dolların 75 milyon dollarını artıq ödəyiblər.

“Safer” tankerindən neftin boşaldılması əməliyyatı bu ilin may ayına planlaşdırılır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır