Gəmiçilik şirkəti aviasiya biznesini satır
Yapon gəmiçilik şirkəti “NYK” (“Nippon Yusen Kabushiki Kaisha”) hava ilə yük daşıma biznesini satır.
“Seanews.az”-ın məlumatına görə, alıcı Yaponiyanın yeganə hava daşımaları şirkəti “ANA Holdings”-dir.
“NYK” şirkəti “Nippon Cargo Airlines”-ı (“NCA”) əksər səhmdar kimi yarandığı gündən idarə edir. 2021-ci ildə “NYK” dəniz, quru və hava nəqliyyatı sahəsində xidmətlər göstərmək üçün “NCA”-nın bütün səhmlərini aldı. Lakin yeni təyyarələrin istismara verilməsinə və kadrların hazırlanmasına daimi ehtiyac böyük xərc tələb edirdi. Çox dəyişkən hava yük bazarında “NCA” qeyri-mütənasib xərclərlə üzləşdi.
“MSC”, “Maersk” və “CMA CGM” kimi böyük okean daşıyıcıları öz hava bölmələrini yaratsa da, “NYK” bu strategiyanı şübhə altına aldı və qeyd etdi ki, hava səyahəti bahalı bir işdir və böyük investisiyalar tələb edir”, -deyə “Maritime Executive” yazır.
Aviasiya bölməsi “NYK”-ya böyük gəlir gətirməyib. Belə ki, 2021-ci ildə “NCA” 1,3 milyard dollar satış və 445 milyon dollar xalis mənfəət əldə edib. 2022-ci ilin ilk 9 ayında “NCA”-nın gəliri 25% azalıb, mənfəət isə 2021-ci ildəki kimi qalıb. Buna görə də, “ NYK” şirkəti “NCA”-in səhmlərini ana şirkət “ANA Holdings”-ə satmaq qərarına gəlib.
Satış qiyməti açıqlanmır. Bəzi məlumatlara görə, “NCA”-nın dəyəri 73 milyon dollar qiymətləndirilir. Müqavilənin tənzimləyici orqanlar tərəfindən təsdiqlənməsi şərti ilə oktyabrın 1-də bağlanması planlaşdırılır.
“NCA”-ın hazırda istismarda olan cəmi 15 təyyarəsi var ki, onun da səkkizi “Boeing 747-8F” təyyarəsidir.

