Panama kanalı ilə tranzitin həcmi azalacaq
2023-cü maliyyə ilində Panama kanalı vasitəsilə tranzitin azalacağı proqnozlaşdırılır.
“Reuters” xəbər verir ki, Panama kanalı administrasiyasının rəhbəri Rikaurt Vaskesin sözlərinə görə, 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək bu su yolu ilə Panama kanalından 500 milyon ton həcmində tranzit gözlənilir. Bu, əvvəllər proqnozlaşdırılandan 10 milyon ton azdır.
Həcmlərin azalması dünyadakı geosiyasi vəziyyət, qlobal tənəzzül və Çində kommersiya fəallığının azalması ilə izah edilir.
“Kanalla əvvəllər ABŞ-dan Asiyaya yanacaq və qaz daşınırdı, indi isə gəmilər Panama kanalından yan keçərək Avropaya gedirlər. Hər gün təxminən LNG daşıyıcısını iki keçidini itiririk. Biz bu azalmanı qismən kompensasiya edirik”, - deyir Rikaurt Vaskes.
Qeyd edək ki, 2022-ci maliyyə ili üçün (2021-ci il oktyabrın 1-dən 2022-ci il sentyabrın 30-dək) Panama kanalı ilə daşıma 518,2 milyon ton təşkil edib. Bu, 2021-ci illə müqayisədə (516 milyon ton) cəmi 0,4% çoxdur.
Panama Dəniz Palatasının eks-prezidenti Nikolas Vukelin sözlərinə görə, tranzitin proqnozlaşdırılan 4% azalması ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.
“Seanews.az”


