Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

“Bollinger Shipyards” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün xilasetmə yedək gəmisi inşa edir

“Bollinger Shipyards” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün “Navajo” sinifli “Muskogee Creek” xilasetmə yedək gəmisinin tikintisinə başlayıb. Bu “Bollinger”in bu tipli beşinci gəmisidir.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, əvvəlcə ABŞ Hərbi Dəniz Qüvvələri üçün “Navajo” sinifli xilasetmə yedəkləri “Gulf Island Fabrication” tərəfindən inşa edilmişdir. “Navajo” aparıcı gəmisi bu müəssisədə 2019-cu ilin oktyabrında, 2020-ci ilin fevralında isə ikinci “Cherokee” gəmisinin təməli qoyulub.

2021-ci ildə “Bollinger Shipyards” ABŞ Hərbi Dəniz Qüvvələri üçün dörd “T-ATS” xilasetmə yedək gəmisi tikmək üçün müqavilə ilə birlikdə “Gulf Island Fabrication” şirkətinin Luizianadakı tərsanələrindən birini alıb. “Flotprom” yazır ki, həmin ilin sonunda beşinci “Navaxo” sinifli gəmi üçün sifariş verilib.

Belə yedəklərin başqa bir istehsalçısı “Austal USA” idi. 2022-ci ilin iyulunda ilk gəminin təməli qoyuldu, digəri tikilir və iki gəmi üçün müqavilə bağlanıb.

Yeni xilasedicilər gəmilərə yedək və açıq okeanda fövqəladə hallar zamanı yardım göstərmə tapşırıqlarını yerinə yetirə, həmçinin sualtı xilasetmə əməliyyatlarında iştirak edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır