Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Quru yük gəmisində yelkənlər quraşdıracaq

“Mitsui O.S.K. Lines” (“MOL”) Braziliyanın “Vale” mədən şirkəti tərəfindən icarəyə götürülmüş filiz daşıyan balkerdə “Norsepower” rotor yelkənlərini quraşdıracaq.

“Seanews.az”-ın məlumatına görə, Finlandiyanın “Norsepower” şirkətinin mühəndisləri tərəfindən layihələndirilən rotor yelkənlərinin hündürlüyü 35 metr, diametri 5 metrdir və 2024-cü ilin birinci yarısında quraşdırılması planlaşdırılır.

“MOL” rotor yelkənlərinin yanacağa qənaət edəcəyinə və emissiyaları 6-10% azaldacağına ümid bəsləyir.

Bu yelkənlər əlavə külək enerjisi təmin etməklə səmərəliliyi artırır və yanacaq sərfiyyatını azaldır. Yelkən qanad kimi işləyir: onun havası bir tərəfdə digər tərəfə nisbətən yavaş axır və itələyici qüvvə yaradır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır