Dünyanın ən böyük konteyner gəmisi Şanxayda sifarişçiyə təhvil verilib
Çin Dövlət Gəmiqayırma Korporasiyasının törəmə şirkəti olan “Hudong Zhonghua Shipbuilding” tərəfindən inşa edilən 24 116 TEU-luq “MSC Tessa” super konteyner gəmisi Şanxaydakı gəmiqayırma zavoduna çatdırılaraq sifarişçiyə təhvil verilib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, hazırda o, Çində inşa edilmiş 24 000 TEU-luq “Evergreen”-i arxada qoyan ən böyük konteyner gəmisidir.
Gəmi “Hudong Zhonghua Shipbuilding” tərəfindən layihələndirilib və beynəlxalq sertifikatlaşdırma və təsnifat şirkəti “Det Norske Veritas”-da qeydiyyatdan keçib.
Gəminin ümumi uzunluğu 399,99 metr, eni 61,5 metr, bortunun hündülüyü 33,2 metrdir. Konteyner quraşdırma səviyyələrinin maksimum sayı 25-ə çata bilər ki, bu da 22 mərtəbəli binanın hündürlüyünə uyğundur. Gəmi 240 000 tondan çox yük və ya 20 futluq 24 116 konteyner daşıya bilir.


