Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Türkiyə limanlarının yük dövriyyəsi 7,9% azalaraq 81,9 milyon tona düşüb

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarının yük dövriyyəsi 81,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azdır.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatına görə, fevralda Türkiyə limanlarında 37,9 milyon ton yük aşırılıb. 2022-ci ilin fevral ayı ilə müqayisədə həcmlər 10,9%, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 13,4% azalıb.

2023-cü ilin fevral ayında daha çox Əliağa (6,37 milyon ton), Koçali (6,03 milyon ton), Ceyhan (5,28 milyon ton), Mersin (3,4 milyon ton) limanlarında yük aşırılıb. Yanğından ciddi ziyan çəkən İsgəndərun limanında yük dövriyyəsi yanvarda 5,3 milyon tona qarşı 2,87 milyon ton təşkil edib. Türkiyənin 10 ən böyük limanında ümumilikdə 31,8 milyon ton yük aşırılıb.

Fevralda Türkiyənin ixracatının əsas istiqamətləri İtaliya (1,06 milyon ton), ABŞ (822 min ton), İspaniya (676 min ton), İsrail (672 min ton), Misir (534 min ton) olub. Əsas idxalçılar Rusiya (5,9 milyon ton), ABŞ (1,5 milyon ton), Misir (946 min ton), Yunanıstan (796 min ton) və Əlcəzairdir (762 min ton).

“Seanews.az”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır