Muzey kimi fəaliyyət göstərən gəmi doka qaldırılıb
Yedəkdə Tallin Gəmiqayırma Zavoduna (“Tallinn Shipyard”) gətirilən Estoniyanın əfsanəvi muzey gəmisi “Suur Toll” martın əvvəlində yoxlama və təmir üçün 34 saylı doka qaldırılıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, 1914-cü ildə tikilmiş paroxod - buzqıran özü hərəkət edə bilmədiyi üçün Finlandiyanın “Alfons Håkans” şirkətinin yedək gəmiləri ilə hərəkətə gətirilib. “Tõrvik” və “Akilles” yedək gəmiləri üzən muzeyi Dəniz limanından çıxarıblar, sonra üçüncü, daha böyük yedək gəmisi “Arkturus” onu Tallin Gəmiqayırma Zavoduna çatdırıb.
Tallin Gəmiqayırma Zavodunun Layihələr və satış şöbəsinin rəhbəri Aleksey Boqdanovun sözlərinə görə, gəmidə tam kompleks təmir və dok işləri görüləcək.
Qeyd edək ki, “Suur Tõll” sonuncu dəfə düz 25 il əvvəl, 1998-ci ilin martında təmirdə olub.



