Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

“MSC Tessa” ən böyük konteyner gəmisi statusunda cəmi bir neçə gün qaldı

“MSC” şirkəti 24 346 TEU konteyner gəmisini təhvil alıb. "MSC Irina" adlı gəmi Çinin “Jiangsu Yangzi Xinfu Shipbuilding” gəmiqayırma zavodunda inşa edilib.

“Seanews.az”-ın məlumatına görə, konteyner gəmisinin uzunluğu 399,9 metr, eni 61,3 metrdir.

Xatırladaq ki, martın 9-da daha bir nəhəng konteynerdaşıyan - “MSC Tessa” istismara verilib. O, 24 116 TEU ilə ən böyük konteyner gəmisi statusunda cəmi bir neçə gün qaldı. Belə ki, “MSC Tessa”  20 futluq 24 116  konteyner, "MSC Irina" isə 20 futluq 24 346 daşıya bilir. 

“MSC” hazırda 134 konteyner gəmisi ilə ən böyük sifariş qovluğuna malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır