Süveyş kanalından gün ərzində hər iki istiqamətdə 107 gəmi keçib
Süveyş kanalından gün ərzində hər iki istiqamətdə ümumi tutumu 6,3 milyon ton olan 107 gəmi gecikmədən keçib.
Kanal rəhbərliyinin (SCA) məlumatına görə, bu, yeni rekorddur.
Xalis tonajı 3,4 milyon ton olan 56 gəmi cənuba, 51 gəmi (2,9 milyon ton) kanalın yeni qolu ilə şimala doğru hərəkət edib. Kanal rəhbərliyi hesab edir ki, gəmilərin keçidində belə rekord artım genişləndirmə layihəsinin həyata keçirilməsi və yeni Süveyş kanalının tikintisi ilə təmin edilib və bu kanalda ötürücülük qabiliyyətini maksimuma çatdırmaq mümkün olub.
Kanalın cənub hissəsinin inkişafı naviqasiyanın təhlükəsizliyini 28% və gündə buraxılış qabiliyyətini 6 gəmi artıracaq.
Kanal rəhbərliyinin məlumatına görə, 2023-cü il martın 13-də beynəlxalq gəmiçilik arteriyasından müxtəlif növ - 25 konteyner gəmisi, 28 quru yük gəmisi, 33 tanker, 6 dəniz avtomobili daşıyıcısı və 15 başqa tipli gəmilər keçib.
“Seanews.az”


