Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

“Wartsila” dörd konteyner gəmisini ilk təmizləmə sistemləri ilə təmin edəcək

“Wartsila” texnologiya qrupu karbon tutma və saxlamağa hazır “CCS-Ready” təmizləyici sistemləri üçün ilk sifarişini alıb.

“Seanews.az”-ın məlumatına görə, çatdırılma 2023-cü ildə gözlənilir.

Adı açıqlanmayan Asiya tərsanəsində tikilən 8200 TEU-luq dörd konteyner gəmisi açıq dövrə konfiqurasiyasında 35 MVt gücündə “Wartsila CCS-Ready” təmizləyicisi ilə təchiz olunacaq.

Skrubberlər “CCS-Ready” adlanır, çünki “Wartsila” onların quraşdırılmasının yeni gəminin tikintisi mərhələsinə daxil olmasını təmin etmək üçün əlavə layihə və mühəndislik işləri görəcək.

“Wartsila” hazırda CCS sistemini  70% karbontutma dərəcəsi ilə sınaqdan keçirir və il ərzində pilot quraşdırma işləri aparılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır