Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

Helsinki limanından keçən sərnişinlərin sayı 1 milyon nəfərə çatıb

Finlandiyanın Helsinki limanının 2023-cü ilin yanvar-fevral aylarında dövriyyəsi əvvəlki illə müqayisədə 8,4% azalaraq 2,14 milyon tona enib.

Liman administrasiyasının məlumatına görə, qablaşdırılmış yüklərin aşırılması 10,5% azalaraq 1,7 milyon ton, balker yükləri 25,5% artaraq 293,14 min ton, digər yüklər 29,9% azalaraq 120,8 min ton olub.

Limanın konteyner dövriyyəsi 17% azalaraq 55,9 min TEU, liman vasitəsilə daşınan texnikanın sayı 4,8% azalaraq 100,9 min vahid təşkil edib.

Limandan keçən sərnişinlərin sayı 80% artaraq 1 milyon nəfərə çatıb.

Gəmilərin limana yan almasının sayı 1139 olub ki, bu da 6,6% artım deməkdir.

Helsinki həm də Finlandiyanın ən böyük sərnişin limanıdır. Sərnişin axınının 77%-i Helsinkidən keçir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır