Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-01,
Seanews
Heyder Eliyev

ABŞ neftini Avropaya daşımaq üçün supertankerlər donanması göndərilir

Rusiya neftinə tətbiq edilən sanksiyalar neft daşıma bazarını dəyişdiyi üçün Avropa bu ay rekord həcmdə ABŞ nefti idxal etməyə hazırlaşır.

“Seanews.az” xəbər verir ki, gündə 1,84 milyon barelə qədər neft daşıyan gəmilər mart ayında Fars körfəzindən ABŞ-a gəlməlidir. Bu arada, Rusiya neftini Asiyaya daşımaq üçün daha çox gəmiyə sifariş verildiyindən kiçik gəmilər bahalaşır.

“Very Large Crude Carriers” və ya VLCC kimi tanınan ümumilikdə 11 supertanker və 16 “Suezmax” sinifli gəmi bu ay ABŞ körfəzindən Avropaya gəlməlidir. Bu böyük gəmilər bir il əvvəl 37% ilə müqayisədə hal-hazırda xam neftin təxminən 60%-ni daşıyır. Supertankerlər təxminən 2 milyon barel, “Suezmax” isə təxminən 1 milyon barel neft daşıya bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır