Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Rusiyaya gəmi mühərriklərinin ixracına da qadağa qoyulub

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bir sıra malların Rusiyaya ixracına qadağa qoyub.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  ixracı qadağan edilən məhsulların siyahısı agentliyin saytında yerləşdirilib.

Gəmilər üçün mühərriklər və naviqasiya üçün elektron avadanlıqlar da qadağa siyahısındadır.

Həmçinin Rusiya Federasiyasına təyyarə və digər aviasiya avadanlığının, polad, alüminium, o cümlədən generator və ölçü alətlərinin tədarükünə qadağa qoyulub.

Malların tam siyahısı 35 səhifədir. Məhdudiyyətlər 2023-cü il aprelin 7-dən qüvvəyə minəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır