Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

“COSCO Shipping” logistika şirkəti ilk nümunəvi karbonsuz zona yaradır

Çinin “COSCO Shipping” logistika şirkəti Haynanda ölkənin ilk nümunəvi karbonsuz zonasının tikintisini 2024-cü ildə başa çatdıracaq.

Bu barədə cümə axşamı TASS-a təşkilatın əməkdaşı Ven Haypen bildirib.

Layihə 19 obyektin tikintisini nəzərdə tutur, onlardan 16-sı artıq başa çatdırılıb.

Karbonsuz zona vilayətin şərqində Cənubi Çin dənizinə axan Vanquan çayının mənsəbində, kiçik Donyuydao adasında yaradılır.

Bu proqram nəqliyyat, tullantıların idarə edilməsi, binaların su və elektrik enerjisi ilə təchizatı sahəsində ağıllı texnologiyaların tətbiqi vasitəsilə mütləq təmizliyi təmin edir. Onun həyata keçirilməsinə 2022-ci ildə başlanılıb. Hazırkı mərhələdə quraşdırılmış avadanlıqlar atmosferə atılan karbon qazının 67 faizini zərərsizləşdirməyə və ildə 15 milyon kilovatsaatdan artıq yaşıl elektrik enerjisi istehsal etməyə imkan verir.

Bu proqramın tezliklə Donyuydaoya bitişik ərazilərə yayılacağı gözlənilir. Van Haypen istisna etmir ki, zaman keçdikcə oxşar texnologiyalar bütün Haynanda tətbiq olunacaq.

Karbonsuz zona sənaye, enerji və nəqliyyatda istixana qazı emissiyalarının istehsal olunmadığı və ya tam kompensasiya olunduğu ərazidir. Müəssisələr və sakinlər aşağı karbonlu yolla əldə edilən enerjidən istifadə edirlər və qaçılmaz emissiyalar ağac əkməklə kompensasiya olunur.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır