Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

Şanxaydakı üç gəmiqayırma zavodunun 2027-ci ilə qədər işi çoxdur

Çin Dövlət Gəmiqayırma Korporasiyasının (“CSSC”) Şanxaydakı üç əsas zavodu 2027-ci ilə qədər işlə tam yüklənb.

“Seanews.az”-ın məlumatına görə, “Hudong-Zhonghua Shipbuilding”, “Jiangnan Shipyard” və “Waigaoqiao Shipbuilding”-in sifariş qovluğunda inşa olunası 183 gəmi var ki, bu da şirkətlərin növbəti dörd il ərzində məşğulluğunu təmin edəcək.

Üç gəmiqayırma zavodu keçən il 24 000 TEU konteyner gəmisi, dünyanın ilk dedveyti 209 000 olan ikili yanacaqlı LNG balkeri, üzən istehsal qurğusu (Fast4Ward FPSO), PCTC avtomobil daşıyıcıları və böyük tankerlər də daxil olmaqla ümumilikdə 48 gəmini istismara verib.

2022-ci ildə isə  “Hudong-Zhonghua Shipbuilding”, “Jiangnan Shipyard” və “Waigaoqiao Shipbuilding” zavodları 72 gəminin tikintisi üçün sifariş alıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır