İtaliyanın Lampione adasında köməksiz qalan 32 miqrant helikopterlə xilas edilib
İtaliyanın Lampione adasında köməksiz qalan 32 miqrant Sahil Mühafizə Komandanlığının helikopteri ilə xilas edilib. Miqrantların dördü qadın və biri uşaq olub.
"Seanews.az" xəbər verir ki, “Nemo 8” adlı helikopter adaya beş dəfə eniş edib.
Helikopterdən istifadəyə səbəb əlverişsiz hava şəraiti ilə əlaqədar patrul gəmilərinin ada sahilinə yaxınlaşa bilməməsi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


