PAŞA Sığorta şirkəti ASCO-nu ən loyal və ən uzunmüddətli korporativ müştəri hesab edir
PAŞA Sığorta şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) ən uzunmüddətli əməkdaşlığa sahib olan korporativ müştəri kimi “Təşəkkürnamə” təqdim edib.
Bundan başqa, şirkət ASCO-nu “Ən loyal korporativ müştəri” nominasiyasına layiq görüb.
Hər iki mükafat PAŞA Sığorta şirkətinin Novruz bayramı ilə əlaqədar öz korporativ müştəriləri üçün təşkil etdiyi xüsusi Novruz bayramı tədbirində ASCO-nun Risklərin idarəedilməsi departamentinin rəisi Fuad Hacıəliyevə təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır



