Britaniyalı sualtı qayıq komandiri qalmaqala səbəb olan lent yazısından sonra işdən çıxarılıb
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində (HDQ) yaşanan qalmaqal sualtı qayıq personalının ciddi çatışmazlığı fonunda HDQ-yə daha bir böyük zərbə olub.
Ordu.az xəbər verir ki, sualtı qayıq komandiri lent yazısı sızdıqdan sonra işdən çıxarılıb.
Yuxarı komandanlıq görüntülərə baxdıqdan sonra zabit Britaniya Kral Hərbi Dəniz Qüvvələrindən qovulub.
Traydent Tvo nüvə raketləri ilə təchiz edilmiş “Vanguard” sinfinə məxsus nüvə sualtı qayığının komandiri idi.
Komandir bu görüntünü eyni sualtı qayıqda xidmət edən gənc dənizçi ilə paylaşıb.
Heyət üzvləri 4 milyard funt sterlinq dəyərində sualtı qayıq dənizdə olarkən, cütlüyün qeyri-qanuni cinsi əlaqədə olduğunu iddia ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


