Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

ADDA-nın plan yerləri 100 faiz dolub

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2024/2025-ci tədris ili üçün nəzərdə tutulan plan yerləri 100 faiz dolub. 
 
Akademiyaya qəbul olanlar arasında maksimal nəticə 617,1 bal olub. Bu göstərici “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında (ingilis dilində tədris) qeydə alınıb. 
 
19 abituriyent 500-599, 87 abituriyent 400-499, 123 abituriyent isə 300-399 bal aralığında nəticə göstərib. 
 
Akademiya üzrə minimal keçid balı “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası (tədris rus dilində) üzrə 320 bal olub. 
 
190 abituriyent dövlət sifarişi, 40 abituriyent isə ödənişli əsaslarla oxumaq hüququnu qazanıb. 
 
Bir daha ADDA tələbəsi adını qazananları ürəkdən təbrik edir, onlara təhsillərində bol uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır