Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

ASCO minifutbol turnirində "play-off"a yüksəlib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turnirində növbəti mərhələyə vəsiqə qazanan komandalar müəyyənləşir.

IX turda ASCO komandası Heydər Əliyev Mərkəzi üzərində inamlı qələbə qazanaraq (5:0) "play-off"a yüksəlib.

ASCO-nun futbolçuları növbəti oyunda Daxili İşlər Nazirliyinin komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilati dəstəyi ilə 40 komanda arasında keçirilən çempionata 10 may tarixində yekun vurulacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır