Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

BGTZ-də təqaüdə çıxan əməkdaşlarla görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) təqaüdə çıxan əməkdaşlarla görüş keçirilib.

Görüşdə dəniz nəqliyyatı sahəsində gəmi təmirinin əhəmiyyətindən danışılıb, BGTZ-nin gördüyü işlərə nəzər salınıb. Bildirilib ki, gəmilərin saz vəziyyətdə saxlanılmasında hər bir zavod əməkdaşının böyük zəhməti var.

Çıxış edənlər uzunmüddətli və şərəfli fəaliyyətlərinə görə təqaüdə çıxan təmirçilərə təşəkkür edib, onlara cansağlığı arzulayıblar.

Təqaüdçülər öz növbələrində təcrübələrini bölüşməyə həmişə hazır olduqlarını bildiriblər və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır