Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-21,
Seanews
Heyder Eliyev

Çin tərsanəsində “Qatar Energy” üçün tikilən tanker “Al Tuwar” adlandırılıb

Çinin “Hudong-Zhonghua Shipbuilding” tərsanəsində Qətərin dövlət enerji şirkəti olan “Qatar Energy” üçün inşa edilən yeni LNG tankerinə adqoyma mərasimi keçirilib.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə “K Line”, “MISC Berhad” və “China LNG Shipping” ilə birlikdə gəminin sifarişçisi kimi çıxış edən Yaponiyanın “NYK” şirkətinin press-relizində deyilir.

“Al Tuwar” adlandırılan gəmi birgə müəssisənin “QatarEnergy” üçün inşa edəcəyi 12 tankerdən ibarət seriyanın birincisidir. O, həm də Çin gəmiqayırma müəssisələrində “NYK”-nın iştirakı ilə tikilən ilk qaz daşıyıcısıdır.

Qeyd edək ki, qənaətcil sistemlər və iki yanacaqlı mühərriklə təchiz olunan tankerin uzunluğu təxminən 299 metr, eni 46,40 metr, yük çənlərinin tutumu 174 min kubmetrdir. Gəminin istismarı may ayına planlaşdırılır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır