Təcrübəli kapitan İlqar Dadaşov vəfat edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Cabbar Həşimov” gəmisinin kapitanı İlqar Əhəd oğlu Dadaşov vəfat edib.
O, 9 mart 1964-cü ildə Neftçalanın Bankə qəsəbəsində dünyaya göz açıb. 1981-ci ildə keçmiş Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olub və 1984-cü ildə həmin məktəbi “gəmi sürücülüyü” ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros kimi başlayıb. 2009-cu ildən səfərlərə kapitan kimi çıxıb, 2017-ci ildə isə “Cabbar Həşimov” tankerinin sükanı ona etibar edilib.
İlqar Dadaşov peşəkarlığına görə yüksək qiymətləndirilib və ASCO üzrə 2024-cü ilin "Ən yaxşı kapitanı" adına layiq görülüb.
Mehribanlığı, yüksək işgüzarlığı və peşəkarlığı ilə ətrafındakı insanların və bütün kollektivin böyük rəğbətini qazanan İlqar Dadaşovun əziz xatirəsi hər zaman hörmət və ehtiramla yad olunacaq.
ASCO rəhbərliyi və kollektivi adından təcrübəli kapitanın vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına başsağlığı veririk.
Allah rəhmət eləsin!


