Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-26,
Seanews
Heyder Eliyev

Dövlət Məşğulluq Agentliyi yeni layihəsi çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

AZCON Holding şirkətlərindən olan ASCO-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə rəsmi və təhlükəsiz iş yerləri ilə təminatına dəstək göstərilməsi ilə bağlı DMA-nın yeni layihəsindən danışılıb. Həmin iş yerlərinin bir qismi dənizçilik və gəmiçilik sahəsinə aid olduğundan bu sahədə ASCO ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Müzakirələr zamanı dənizçilik peşələri üzrə uyğun vakansiyaların müəyyənləşdirilməsi, ilkin araşdırılması və düzgün mənbələr üzrə yönləndirilməsi məsələlərində ASCO-nun dəstək imkanları nəzərdən keçirilib.

Görüşdə vurğulanıb ki, şirkətin beynəlxalq əlaqələrinin genişliyi bu istiqamətdə əməkdaşlığa zəmin yaradır. Həmçinin iki qurum arasında bu əməkdaşlığın vətəndaşların xaricdə sözügedən iş yerləri üzrə təhlükəsiz və rəsmi məşğulluğuna, eyni zamanda dənizçilik sahəsində ixtisaslı kadrların daha səmərəli istiqamətləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır