ZGTTZ-nin təqaüdə çıxan əməkdaşları ilə görüş keçirilib
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun (ZGTTZ) pensiya yaş həddinə çatmış əməkdaşları təqaüdə yola salınıblar.
Təqaüdə çıxan əməkdaşlar üçün təşkil olunan tədbirdə onların zəhməti, fədakarlığı və illər ərzində göstərdikləri nümunəvi xidmətlər yüksək qiymətləndirilib.
Əməkdaşlar da işlədikləri dövrlə bağlı xoş təəsüratlarını bölüşərək, onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır







