Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

2026-cı ildə dənizçilik üçün əsas təhlükə: tənzimləyici dəyişikliklər

“Allianz” sığorta şirkətinin sorğusuna görə, 2026-cı ildə dənizçilik sektoru üçün ən böyük risk tənzimləyici dəyişikliklərdir.

“Seanews.az” xəbər verir ki, bu amil sektorda rəhbərlərin əsas narahatlığı kimi təbii fəlakətləri geridə qoyub.

Allianz sığorta şirkətinin “Risk Barometri 2026” hesabatına görə, dənizçilik və gəmiçilik sektoru üçün bu il əsas biznes riski qanunvericilik və tənzimləmələrdə dəyişikliklər olacaq.

Sorğuda iştirak edən dənizçilik sektorundan respondentlərin 40%-i bu amili əsas risk kimi göstərib. Bununla tənzimləyici dəyişikliklər ötən il ilk yerdə olan təbii fəlakətləri üstələyib.

Dənizçilik üçün ilk beş risk sırasına, həmçinin təbii fəlakətlər, süni intellekt, kiber insidentlər və təchizat zəncirinin pozulması ilə bağlı biznesin dayanması daxildir.

“Allianz” bildirir ki, kiber və süni intellekt riskləri demək olar ki, bütün regionlarda və sənaye sahələrində yüksəlir. Respondentlərin 90%-i kiber təhlükələrin qarşısını almaq üçün orta və ya yüksək səviyyədə investisiya tələb olunacağını qeyd edib.

Hesabatda vurğulanır ki, dənizçilik sektorunda tənzimləyici qeyri-müəyyənlik əsasən IMO-nun dekarbonizasiya qaydalarının gecikməsi və qlobal ESG yanaşmalarının parçalanması ilə bağlıdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır