Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb. Bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.
2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabr ayında noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


