ASCO-da 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
ASCO-da 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhid ailələrinin və müharibə iştirakçılarının iştirakı ilə anım tədbiri keçirilib.
Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərimizin qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edən ASCO sədrinin müavini Cəbrayıl Mahmudlu şəhid ailələrinə, Vətənin müdafiəsi uğrunda mübarizə aparmış qəhrəmanlara dövlətimizin, o cümlədən ASCO-nun göstərdiyi diqqət və qayğıdan danışıb.
O, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq, xalqımızın onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
Sonra şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların ruhuna dualar oxunub.




