Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

IMO-nun alt komitəsi uzaqdan yoxlamalara “yaşıl işıq” yandırdı

Beynəlxalq Dəniz Təşkilatının Gəmi Dizaynı və Tikintisi üzrə Alt Komitəsinin (SDC) 12-ci sessiyasında gəmi yoxlamalarında uzaqdan inspeksiya üsullarının tətbiqinə dəstək verilib. Sessiya 19–23 yanvar tarixlərində hibrid formatda keçirilib.

"Seanews.az" xəbər verir ki, görüşdə 2011-ci il ESP Məcəlləsinə dəyişikliklər üzrə layihələr razılaşdırılıb və bu dəyişikliklərin dəniz təhlükəsizliyi komitəsinin (MSC) qarşıdakı sessiyalarında təsdiq üçün təqdim olunması qərara alınıb. Eyni zamanda, uzaqdan inspeksiya texnikalarının ESP yoxlamalarında istifadəsini nəzərdə tutan təlimat layihələri də dəstəklənib.

Alt komitə həmçinin sualtı radiasiya səs-küyü (URN) üzrə təcrübə mərhələsinin 2028-ci ilə qədər uzadılmasını, eləcə də enerji səmərəliliyi ilə URN göstəricilərinin layihələndirmə mərhələsində birgə optimallaşdırılmasına dair texniki rəhbər sənədin hazırlanmasını məqsədəuyğun hesab edib.

Bundan başqa, litium-ion batareyalardan istifadə edən sistemlər üzrə təhlükəsizlik çərçivəsinin hazırlanması və mühərrik idarəetmə otaqlarında siqnalizasiya standartlarının təkmilləşdirilməsi üçün ayrıca işçi qruplar yaradılıb. Bu qərarlar gəmi dizaynı və təhlükəsizliyi sahəsində beynəlxalq tələblərin müasir texnologiyalara uyğunlaşdırılmasına xidmət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır