Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-28,
Seanews
Heyder Eliyev

ICS 2025–2026-cı illər üzrə Bayraq Dövlətlərinin Performans Cədvəlini dərc edib

Beynəlxalq Gəmiçilik Palatası (ICS) 2025–2026-cı illər üzrə Bayraq Dövlətlərinin Performans Cədvəlini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, sənəd gəmi sahiblərinə bayraq dövlətlərinin təhlükəsizlik, ətraf mühitin mühafizəsi və dənizçilərin əmək standartları üzrə fəaliyyətini obyektiv qiymətləndirmək imkanı yaradır.

Hesabata əsasən, dünya ticarət donanmasının böyük hissəsi beynəlxalq standartlara yüksək səviyyədə əməl edən bayraq dövlətlərində qeydiyyatdadır. Cədvəldə istifadə olunan 19 meyar üzrə yalnız bir və ya heç bir mənfi göstəricisi olmayan bayraq dövlətləri sırasında Çin, Yunanıstan, Honkonq (Çin), Yaponiya, Sinqapur, eləcə də Baham adaları, Liberiya, Marşal adaları, Malta və Panama yer alıb. Bu dövlətlər birlikdə qlobal ticarət donanmasının təxminən 70 faizinə nəzarət edir.

ICS-in Baş katibi Tomas A. Kazakos bildirib ki, cədvəl gəmi sahiblərini bayraq administrasiyalarının fəaliyyətini daha diqqətlə qiymətləndirməyə və zəruri hallarda təhlükəsizlik, ətraf mühitin qorunması və dənizçilərin yaşayış-əmək şəraitinin yaxşılaşdırılması üçün təkmilləşdirmələr tələb etməyə təşviq edir.

Qeyd olunub ki, əsas beynəlxalq konvensiyaların, o cümlədən Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Beynəlxalq Əmək Təşkilatının sənədlərinin ratifikasiyası bayraq dövlətlərinin qlobal dənizçilik tənzimləmə sisteminə sadiqliyinin əsas göstəricisi hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır