Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-29,
Seanews
Heyder Eliyev

Güclü fırtınalar Avropada konteyner daşımalarını pozub

Avropada müşahidə olunan güclü fırtınalar və intensiv qar yağışı konteyner yüklərinin daşınmasında ciddi pozuntulara səbəb olub.

“Seanews.az” xəbər verir ki, bu barədə “Maersk” və “Hapag-Lloyd” şirkətləri “Reuters”ə məlumat verib.

Bildirilib ki, xüsusilə Avropanın cənub-qərb və qərb bölgələrində hava şəraiti səbəbindən bəzi liman terminallarının fəaliyyəti müvəqqəti dayandırılıb və ya məhdudlaşdırılıb. Bu vəziyyət Şimali Avropaya və əks istiqamətdə həyata keçirilən daşımalara da təsir edib.

“Maersk” hazırda xidmətlərin tam bərpası üçün konkret vaxtın olmadığını açıqlayıb. Şirkət güclü hava şəraitinin gəmilərin sığınacaqlara yönəlməsinə və liman əməliyyatlarının azalmasına səbəb olduğunu bildirib.

“Hapag-Lloyd” isə əlverişsiz hava şəraiti səbəbindən yük axınlarında əhəmiyyətli azalmaların müşahidə edildiyini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır