Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-15,
Seanews
Heyder Eliyev

Cənubi Koreya gəmisi Şimal Dəniz Marşrutu üzrə ilk səfərini tamamlayıb  

Cənubi Koreyanın “Panstar Arco” konteyner gəmisi Şimal Dəniz Marşrutu üzrə ilk nümayiş səfərinin Avropaya gedən hissəsini başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, gəmi Cənubi Koreyanın Pusan limanından Böyük Britaniyanın Feliksstou limanına 21 günə, Rotterdam limanına isə 22 günə çatıb.

“Panstar Arco” avqustun 22-də Pusandan yola düşüb, avqustun 31-də Arktikaya daxil olub və sentyabrın 9-da marşrutun qərb hissəsini keçib. Pusandan Rotterdamadək məsafə təxminən 13 min kilometr olub. Bu, Süveyş kanalı üzərindən keçən ənənəvi marşrutdan təxminən 7 min kilometr qısadır.

45 500 ton dedveyti olan “Panstar Arco” 737 TEU yük, o cümlədən kimyəvi məhsullar, işlənmiş avtomobillər və avtomobil hissələri daşıyıb. Səfər zamanı Vrangel adası yaxınlığında üzən buz səbəbindən gəmi gecə ərzində dayanmalı olub. Laptev dənizində 40 düyünədək külək səbəbindən sürət azaldılıb, həmçinin buz maneələrindən yayınmaq üçün manevrlər həyata keçirilib.

Səfər Şimal Dəniz Marşrutu ilə Avropa arasında gələcək müntəzəm daşımaların imkanlarını qiymətləndirmək və Arktikada naviqasiyanın texniki xüsusiyyətləri barədə məlumat toplamaq məqsədi daşıyır. Cənubi Koreya 2030-cu ilədək Arktikadan Avropaya kommersiya daşımalarına başlamağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır