ASCO biznes tərəfdaşlarının etibarlılığının qiymətləndirilməsi üçün yoxlama proseduru tətbiq edir
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) biznes tərəfdaşlarının etibarlılığının qiymətləndirilməsi məqsədilə “Qarşı tərəflərin yoxlanması” proseduru tətbiq olunur.
Bir neçə mərhələdən ibarət olan prosedur həm potensial, həm də cari tərəfdaşlar üçün həyata keçirilir.
Proses tərəfdaşların korrupsiyaya qarşı mübarizə qanunvericiliyinə nə dərəcədə riayət etdiyini müəyyənləşdirməyə imkan verir.
Ümumiyyətlə, ASCO biznes tərəfdaşlarından korrupsiya hallarının qarşısının alınması ilə bağlı öhdəlik götürməyi tələb edir və bu, müqavilənin bir hissəsi kimi yazılı şəkildə rəsmiləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


