Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-15,
Seanews
Heyder Eliyev

İran Hörmüz boğazı üzrə qara siyahıya salınan gəmilərin sayını 77-yə çatdırıb

İranın Fars körfəzi Boğazlar İdarəsi (PGSA) “tələblərə əməl etməyən gəmilər” siyahısına daha 21 gəmi əlavə edib. Beləliklə, siyahıdakı gəmilərin sayı 77-yə yüksəlib.

PGSA bildirir ki, bu gəmilər Hörmüz boğazından gələcək keçidləri zamanı cərimə, saxlanılma və ya müsadirə ilə üzləşə bilər.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, yeni əlavə olunanların əksəriyyəti neft tankerləri, eləcə də neft məhsulları, quru yük, LPG və LNG daşıyan gəmilərdir.

Yeni siyahıda “Kuwait Oil Tanker Company”yə məxsus “Burgan”, “Al Salam II”, “Al Rigga” və “Al Kout” tankerləri yer alıb. “Burgan” və “Al Salam II”ın daha əvvəl Hörmüz boğazında İranın hücumlarına məruz qaldığı bildirilir.

Siyahıya həmçinin İranın hücumuna məruz qalan “Bahri” şirkətinin “Sidr” VLCC tankeri və “Riyan Star” quru yük gəmisi daxil edilib. “Sidr”ə avqustun 31-də hücum nəticəsində iki filippinli dənizçi həlak olub, “Riyan Star” isə avqustun ortalarında dron hücumuna məruz qalıb və bir dənizçi həyatını itirib.

77 gəmi arasında İranla yanaşı, ABŞ-nin sanksiya tətbiq etdiyi və ABŞ qüvvələrinin hücumundan sonra batmış “Riesco” tankeri də var. Yeni siyahıya BƏƏ-də yerləşən ONEX şirkətinin üç gəmisi və müxtəlif ölkələrə məxsus digər tankerlər də əlavə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır