Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-14,
Seanews
Heyder Eliyev

Filippində bərə yanğınında ölənlərin sayı 5-dən 76-ya yüksəlib

Filippində “June Aster” bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya yüksəlib, 13 nəfər isə hələ də itkin sayılır. Hadisə zamanı gəmidə olan 132 nəfərdən yalnız 43-ü sağ qalıb.

“Seanews.az” xəbər verir ki, bərə ötən çərşənbə günü Maniladan Busuanqa adasındakı Koron limanına yola düşüb. Həmin gün saat 18:45 radələrində Marsilla şəhəri yaxınlığında, sahildən təxminən bir dəniz mili məsafədə gəmidə partlayışın ardınca güclü yanğın baş verib.

Hazırda sahilə oturmuş gəminin qalıqlarında axtarış-xilasetmə işləri davam etdirilir. Filippin Milli Polisinin kriminal laboratoriyasının məlumatına görə, 71 meyit tamamilə yanıb. Qalıqların kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizlərindən istifadə olunur və prosesin aylarla davam edə biləcəyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır