Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-14,
Seanews
Heyder Eliyev

İndoneziyada sərnişin bərəsi çevrilib, 120-dən çox insan itkin düşüb

İndoneziyada “Virgo Transport8” bərəsi Yava dənizində çevrilib. Qəza nəticəsində 129-140 nəfər arasında itkin düşənin olduğu bildirilir.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı gəmi Surabayadan Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə hərəkət edirmiş və təyinat yerindən təxminən 80 dəniz mili məsafədə olub.

Sərnişinlərin sözlərinə görə, keçid zamanı dənizdə güclü dalğalanma müşahidə olunub. Təxminən saat 04:00-da gəmidən qəza siqnalı daxil olub və xilasedicilər hadisə yerinə çatdıqda bərənin çevrildiyini müəyyən ediblər.

108 nəfər xilas edilib, 6 nəfərin öldüyü təsdiqlənib. Xilas edilənlərin əksəriyyətini hadisə yerinə gələn “Haida” ticarət gəmisi götürüb. “Mauhau IX” tankeri və “Cahaya Bahari” balıqçı gəmisi də xilasetmə əməliyyatına qoşulub.

İndoneziyanın xilasetmə qurumunun rəhbəri Məhəmməd Syafii bildirib ki, kapitanın ilkin məlumatına əsasən, gəmi sağ bort tərəfdən güclü dalğanın zərbəsinə məruz qalıb və qısa müddətdə çevrilib.

Bərənin suyun üzərində tərs vəziyyətdə qalması gövdənin daxilindəki hava boşluqlarında insanların sağ qalması ehtimalını artırır. Axtarış-xilasetmə əməliyyatı davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır