Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-27,
Seanews
Heyder Eliyev

ASCO kollektivi Zəfər parkını ziyarət edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları 27 sentyabr – Anım Günündə Zəfər Parkını ziyarət edib.

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır