Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-25,
Seanews
Heyder Eliyev

“Sibu 1” tankeri Somali quldurlarından azad edilib

ABŞ-nin sanksiya tətbiq etdiyi və 1 aydan çoxdur Somali quldurlarının girovluğunda olan “Sibu 1” neft tankeri azad edilib.

“Seanews.az” xəbər verir ki, bu barədə Somalinin Puntland muxtar bölgəsinin Dəniz Polisi Qüvvələri məlumat yayıb.

Puntland Dəniz Polisi Qüvvələrinin komandiri Məhəmməd Cama bildirib ki, piratlara qarşı əməliyyat iki gün əvvəl başlayıb. Onun sözlərinə görə, tanker azad edilib, quldurlar isə saxlanılıb.

Eritreya bayrağı altında üzən “Sibu 1” avqustun 20-də altı silahlı şəxs tərəfindən ələ keçirilib. Tanker İran neft məhsullarının ABŞ sanksiyalarından yayındırılmasına kömək etməkdə ittiham olunaraq dekabr ayında ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınıb.

Beynəlxalq Dənizçilik Bürosunun məlumatları və Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) hesabatlarına görə, “Sibu 1” bu il Somali sahilləri və Ədən körfəzində hücuma məruz qalan ən azı 13-cü gəmi olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır