Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-27,
Seanews
Heyder Eliyev

Mikonos yaxınlığında Yunanıstan gəmisində güclü yanğın baş verib

Sentyabrın 25-də Yunanıstanın “Blue Carrier 2” ro-ro yük bərəsində Mikonos adasının şimalında yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, hadisə zamanı gəmidə olan heyət üzvləri və bir yük maşınının sürücüsü təhlükəsiz şəkildə təxliyə edilib. Xəsarət alan olmayıb.

Yanğın yerli vaxtla saat 08:57-də başlayıb və gəminin böyük hissəsinə yayılıb. Hadisə zamanı 166 yük maşını və 29 minik avtomobili daşıyan gəmi Siroz adasından Samos adasına doğru hərəkət edirmiş.

Əraziyə yanğınsöndürən gəmilər və yedək gəmiləri cəlb olunub. Gəminin xilas edilməsi üçün də tədbirlər görülür.

1997-ci ildə Yaponiyada inşa edilən, uzunluğu 162 metr olan “Blue Carrier 2” Yunanıstanın “Attica Ferries” şirkətinə məxsusdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır