Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-24,
Seanews
Heyder Eliyev

Pekində Beynəlxalq Yaşıl Gəmiçilik Dəhlizi Alyansı yaradılıb

Pekində keçirilən 2026-cı il Qlobal Davamlı Nəqliyyat Forumunda Beynəlxalq Yaşıl Gəmiçilik Dəhlizi Alyansı təsis edilib. Bu platforma gəmiçilik sektorunun dayanıqlı inkişafına, həmçinin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dəstək verməyi hədəfləyir.

“Seanews.az” xəbər verir ki, alyansın ilk ümumi üzvlər toplantısında Çinin Nəqliyyat Nazirinin müavini Li Xinqhu iştirak edib. Keçmiş nazir müavini Fu Xuyin isə alyansın ilk sədri seçilib.

Alyans Çin Beynəlxalq Davamlı Nəqliyyat İnnovasiyaları və Bilik Mərkəzi, “COSCO Shipping Group”, “CMA CGM Group”, “China Energy Engineering Group”, SIPG və digər tərəfdaşların təşəbbüsü ilə yaradılıb. Yeni təsisat  beynəlxalq yaşıl gəmiçilik dəhlizləri üzrə əməkdaşlığa həsr olunmuş ilk beynəlxalq qeyri-hökumət təşkilatı kimi təqdim olunur.

Alyansın təsisçi üzvləri 12 ölkəni təmsil edən 45 aparıcı şirkətdən ibarətdir. Qarşıdakı dövrdə alyans yaşıl gəmilər, yaşıl dəniz yanacaqları və yaşıl limanlarla bağlı milli tənzimləmələrin beynəlxalq standartlara uyğunlaşdırılmasına, eləcə də yaşıl dəniz yanacaqları üçün beynəlxalq sertifikatlaşdırma sisteminin hazırlanmasına dəstək verəcək. Həmçinin nümunəvi layihələrin həyata keçirilməsi, yeni texnologiyaların hazırlanması və kommersiyalaşdırılması, eləcə də kadr potensialının inkişafı istiqamətində əməkdaşlıq aparılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır