ASCO Dünya Dəniz Günü münasibətilə qlobal “mavi işıqlandırma” kampaniyasına qoşulub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Dünya Dəniz Günü münasibətilə Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə həyata keçirilən qlobal “mavi işıqlandırma” (Light It Up Blue) kampaniyasına qoşulub.
Bununla əlaqədar, sentyabrın 24-də ASCO-nun binası mavi rəngdə işıqlandırılıb. Bu kampaniya təhlükəsiz, etibarlı və dayanıqlı gəmiçiliyə olan beynəlxalq sədaqəti simvolizə edir.
Hər il sentyabrın sonuncu cümə axşamı qeyd olunan Dünya Dəniz Gününün 2026–2027-ci illər üçün mövzusu “Siyasətdən praktikaya: Dənizçilikdə mükəmməlliyə doğru” müəyyən edilib. Mövzu beynəlxalq dənizçilik qaydalarının yalnız qəbul olunmasını deyil, onların milli qanunvericilikdə, nəzarət mexanizmlərində və gündəlik dənizçilik əməliyyatlarında effektiv tətbiqinin vacibliyini vurğulayır.


