Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-26,
Seanews
Heyder Eliyev

Panama dünya gəmi reyestrləri sıralamasında üçüncü yerə düşüb

Panama dünya gəmi reyestrləri sıralamasında daha bir pillə geriləyərək üçüncü yerə düşüb. “Clarksons Research”in sentyabrın 1-nə olan məlumatına görə, Liberiyanın donanması 317,4 milyon GT ilə birinci, Marşall adaları isə 212,7 milyon GT ilə ikinci yerdə qərarlaşıb. Panama 196 milyon GT ilə üçüncü olub.

“Seanews.az” xəbər verir ki, Panama gəmi sayına görə liderliyini qoruyur.  Ölkənin bayrağı altında 7 516 gəmi üzür. Lakin donanmanın ümumi tonnajı 2025-ci ilin sonundakı 230,5 milyon GT ilə müqayisədə bu il 15 faiz azalıb. Eyni dövrdə Liberiya və Marşall adalarının donanması 8,7 faiz artıb.

Panama 30 il ərzində dünyanın ən böyük gəmi reyestri olub, lakin 2023-cü ildə Liberiya tərəfindən geridə qoyulub. Panama hakimiyyətinin sanksiyalara məruz qalan və “kölgə donanması” ilə əlaqəli gəmilərin reyestrdən çıxarılması istiqamətində atdığı addımlar donanmanın azalmasının əsas səbəbi kimi göstərilir.

Sinqapur 141,1 milyon GT ilə dördüncü, Honkonq isə 111,6 milyon GT ilə beşinci yerdədir. Panama həmçinin aparıcı bayraqlar arasında ən yaşlı donanmaya malikdir: gəmilərin orta yaşı 19,5 ildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır