Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-23,
Seanews
Heyder Eliyev

“Saildrone”un ilk pilotsuz üzmə aparatları Danimarka bayrağı altında qeydiyyata alınıb

“Saildrone” şirkəti ilk dörd “Voyager” pilotsuz üzmə aparatını (USV) Danimarkada qeydiyyatdan keçirib. Bununla da şirkətin beynəlxalq fəaliyyət göstərən pilotsuz üzmə aparatları üçün Danimarka bayrağı altında fəaliyyət çərçivəsi yaradılıb.

Uzunmüddətli missiyalar üçün nəzərdə tutulan 10 metrlik “Voyager” platformalarından dəniz ərazilərinin müşahidəsi, hidroqrafik tədqiqatlar və ətraf mühitin monitorinqində istifadə olunur. Şirkət gələcəkdə Danimarka bayrağı altında qeydiyyatdan keçmiş donanmasını genişləndirərək Avropada fəaliyyətini artırmağı planlaşdırır.

“Saildrone”un təsisçisi və baş direktoru Riçard Cenkins bildirib ki, bu, şirkətin hər hansı aparatının ilk dəfə milli bayraq statusu əldə etməsidir. Şirkət gələcəkdə “Voyager”, “Surveyor” və “Spectre” platformalarının da Danimarka bayrağı altında fəaliyyət göstərməsi üçün Danimarka Dənizçilik İdarəsi ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır