200 000 m³-lik LNG daşıyıcıları donanmanın yenilənməsində əsas rol oynaya bilər
“Lloyd’s Register”in (LR) yeni araşdırmasına görə, 200 000 m³ tutumlu LNG daşıyıcıları mövcud terminal infrastrukturunda ciddi dəyişikliklərə ehtiyac yaratmadan qlobal LNG donanmasının yenilənməsi üçün perspektivli variant ola bilər.
“Seanews.az” xəbər verir ki, “LR Advisory” tərəfindən “Gastech 2026”da təqdim olunan araşdırmada bu tip gəmilərin dünya üzrə mövcud LNG terminalları ilə uyğunluğu və Atlantik və Sakit okean marşrutlarında kommersiya göstəriciləri qiymətləndirilib.
Araşdırmaya əsasən, dünyada 88 LNG terminalı 200 000 m³-lik LNG daşıyıcılarını qəbul edə bilər. Müqayisə üçün, standart 174 000 m³-lik gəmilər 97 terminala daxil ola bilir. Bununla belə, 200 000 m³-lik gəmilər Asiya-Sakit okean regionu, Avropa, Şimali Amerika və Yaxın Şərqdəki əsas LNG terminallarının əksəriyyətinə çıxış imkanını qoruyur.
Tədqiqat göstərib ki, terminala uyğunluğun müəyyənləşdirilməsində əsas amil çənlərin sayı deyil, gəminin eni, suya oturumu və yerdəyişməsidir.
LR hesablamalarına görə, daha böyük gəmilər bir səfərdə daha çox LNG daşımağa və daşınma xərclərini azaltmağa imkan verə bilər. Modelləşdirmə 30 il ərzində gəmi sahibinə təxminən 85,5 milyon ABŞ dolları həcmində iqtisadi fayda verə bilər.


